Danimarkada Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb

Danimarkada Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb
# 12 aprel 2012 07:37 (UTC +04:00)
Bu barədə APA-ya Danimarka "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi bildirib. Məlumata görə, təxribat martın 30-da Danimarkada böyük tirajla nəşr olunan "metro Xpress " qəzeti vasitəsi ilə edilib. Qəzetdə Dağlıq Qarabağa turist səfərlərinin təşkili və təbliği barədə məqalə dərc olunub. “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Danimarkada yaşayan azərbaycanlılar adından qəzetə ingilis və Danimarka dillərində etiraz məktubu yazılıb. Məktubda Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu, ermənilər tərəfindən işğala məruz qaldığı, BMT Təhlükəsizlik Şurasının torpaqların qeyd-şərtsiz azad olunması barədə qətnamələr qəbul etdiyi, ermənilərin turist səfərlərini bütün beynəlxalq hüquq normalarını pozmaqla həyata keçirdikləri vurğulanıb.

Məlumata görə, bundan sonra "metro Xspress" qəzetinin əməkdaşı Nadine Nelsendən cəmiyyətə cavab məktubu gəlib və orada məlumatın yanlış olduğu qeyd olunub, buna görə üzr istənilib. Məktubda bunlar da qeyd olunub: “Biz Dağlıq Qarabağın xəritədə Ermənistan ərazisində yerləşdiyini görmüşük. Bu barədə ətraflı məlumat almağa çətinlik çəkmişik. Gələcəkdə bütün bunlar nəzərə alınacaq. Üzr istəyirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR