Türkmənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibəti ilə rəsm müsabiqəsi elan edilib

Türkmənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibəti ilə rəsm müsabiqəsi elan edilib
# 12 aprel 2012 14:22 (UTC +04:00)
Bakı-APA. İyunun 9-da Türkmənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü tamam olur. Bu yubiley münasibəti ilə Türkmənistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Təhsil Nazirliyinin nəzdində olan Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” Qalereyası gənc rəssamlar arasında “Türkmən-azərbaycan münasibətləri, dostluğun və qardaşlığın nümunəsi mövzusuna həsr olunmuş müsabiqə elan edir. Müsabiqə gənc rəssamlar arasında 3 yaş (3-6 yaş; 7-10 yaş; 11-16 yaş) kateqoriyası üzrə keçiriləcək. Müsabiqənin qalibləri Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi və sponsor təşkilatlar tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar. Azərbaycanın tanınmış rəssamlarından ibarət münsiflər heyəti hər kateqoriya üzrə 3 qalib seçəcək və bir ən yaxşı rəsm müəyyən edəcək. Təqdim olunan rəsmlərin 25 may 2012-ci il tarixinədək 28 may küçəsi 21 ünvanında yerləşən T.İsmaylov adına “Uşaq dünyası” Qalereyasının Təşkilat Komitəsində qəbul edilməsi nəzərdə tutulur. Mükafatlandırma mərasimi 9 iyun 2012-ci il – diplomatik münasibətlərin qurulması günündə sərginin açılışında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR