Elnur Kələntərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri təyin olunub

Elnur Kələntərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri təyin olunub
# 17 mart 2012 10:12 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov Aparatın başçısı təyin olunub.

Nazirlikdən APA-ya verilən məlumata görə, 1997-2004-cü illərdə «Space» teleradio şirkətinin «İdman proqramları» departamentində müxbir-şərhçi vəzifəsində çalışmış E.Kələntərov 2004-2008-cı illərdə «İmprotex» Şirkətlər Qrupunun reklam və ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində işləyib. Daha sonra, 2008-ci ildə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi şöbəsində baş məsləhətçi-mətbuat katibi, sonradan ictimaiyyətlə əlaqələr sektorunda müdir, 2010-cu ilin dekabr ayından isə Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR