«Wembley Developments (Azerbaijan)» nizamnamə kapitalını artırır

«Wembley Developments (Azerbaijan)» nizamnamə kapitalını artırır
# 23 avqust 2012 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Wembley Developments (Azerbaijan)» QSC-nin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,98 manat, sayı 5 047 929 ədəd, emissiyanın ümumi həcmi isə 4 946 970,42 manat təşkil edir. Emissiya «Wembley Developments (Azerbaijan)»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 ABŞ dolları olan 2,8 mln. ədəd, 2,8 mln. dollarlıq və hər birinin nominal dəyəri 1 dollar olan, 2 247 929 ədəd, 2 247 929 dollarlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Göründüyü kimi, şirkət səhmlərini milli valyutaya konvertasiya edir. Nəticədə, şirkətin nizamnamə kapitalı 5 047 929 dollar deyil 4 946 970,42 manat təşkil edəcək. Bu isə rəsmi məzənnəyə görə (0,7854/1USD) 6 298 663,6 dollara bərabərdir. Bununla da «Wembley Developments (Azerbaijan)» şirkəti nizamnamə kapitalını 24,8% artırmış olur.

Qeyd edək ki, «Wembley Developments (Azerbaijan)» QSC tikinti sahəsində ixtisaslaşıb. Şirkətin baş ofisi Böyük Britaniyada yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR