TRT-nin çəkiliş qrupu Azərbaycana gələcək

TRT-nin çəkiliş qrupu Azərbaycana gələcək
# 20 aprel 2012 11:39 (UTC +04:00)
Bakı – APA. TRT 1 kanalında yayımlanacaq "Səyyah" proqramının çəkiliş qrupu Azərbaycana gəlir. TRT-nin Bakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, TRT 1 ekranlarında tamaşaçılarla görüşə gələcək bu proqram yayım həyatına Qafqazı tanıtmaqla başlayacaq.

Programın rejissoru və aparıcısı Bəkir Dəvəli Azərbaycanı qarış-qarış dolaşacaq. Əlbəttə ki, ilk ünvan küləklər şəhəri, Qafqazın incisi Bakı olacaq. Tarixi və mədəniyyəti ilə paytaxtın bütün gözəllikləri TRT ekranlarından dünyaya nümayiş etdiriləcək. Proqramda Dağlıq Qarabağ münaqişəsi və qaçqınların həyatı, problemləri də işıqlandırılacaq.

“Səyyah” proqramının çəkiliş qrupu aprelin 23-də Bakıda çəkilişlərə başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR