Avropa bankları Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığı davam etdirmək niyyətindədir

Avropa bankları Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığı davam etdirmək niyyətindədir
# 19 mart 2012 14:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankında (ABB) Avropanın 10 aparıcı bankının nümayəndələri ilə görüş keçirilib.

ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Avropa banklarının nümayəndələri 2011-ci ildə Beynəlxalq Bank ilə əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın 2012-ci ildə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

ABB-nin nümayəndələri isə öz növbəsində tərəfdaşlarını Bankın əsas maliyyə göstəriciləri və strateji planları ilə tanış ediblər.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-cı ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR