Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə vəfat edib

Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə vəfat edib
# 24 may 2012 12:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə vəfat edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Z. Adıgözəlzadə son illər Türkiyədə çalışıb. Mərhum uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Son aylar o, yataq xəstəsi olub. Vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi Akademiyasında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR