Azərbaycanda ilk dəfə hind narı yetişdirilib - FOTO

Azərbaycanda ilk dəfə hind narı yetişdirilib - <font color=red>FOTO</font>
# 25 avqust 2012 09:53 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay sakini Azərbaycanda ilk dəfə olaraq hind narını becərməyə nail olub. Bağban Rafiq Xəlilov APA-ya açıqlamasında hind narının tumlarını xüsusi qablarda cücərtdiyini, şitillərini torpağa əkərək çoxaltdığını və xüsusi üsulla qulluq edərək məhsul əldə etdiyini bildirib.

O bu il ilk dəfə 70 ədəd hind narı şitilini əkərək becərdiyini və apardığı sınağın uğurlu alındığını bildirib. O, gələn il yeni nar sortundan olan ağacların sayını xeyli artırmağı, şitilləri və meyvəni bazara çıxarmağı planlaşdırır. Qeyri-adi görünüşə, dada və rəngə malik olan hind narının şitilləri bu ilin mayında torpağa əkilib. Sarmaşıq şəkilində 6 metr hündürlüyə qədər qalxan və iyulda çiçəkləyən narın meyvəsi əvvəl göy rəngdə olub, sonra saralaraq yetişməyə başlayıb.

Bağban hind narının avqustda tam yetişdiyini və hər narın 3 gün ərzində dərilərək yeyildiyini bildirib. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən 3 dəfə böyükdür. Hind narı tez yetişir və oktyabradək onu saxlamaq mümkündür. Rafiq Xəlilov hind narını noyabrda Göyçayda keçiriləcək növbəti nar bayramında geniş şəkildə ictimaiyyətə təqdim edəcəyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR