Dmitri Şostakoviçin “Xanım və Xuliqan” baletinin premyerası keçiriləcək

Dmitri Şostakoviçin “Xanım və Xuliqan” baletinin premyerası keçiriləcək
# 04 iyun 2012 13:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Dmitri Şostakoviçin “Xanım və Xuliqan” baletinin premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tamaşa rus balet sənətinin incilərindən biri olub Rusiyanın əksər aparıcı opera və balet teatrlarının repertuarını “bəzəyir”.

Baletin quruluşunu həyata keçirmək üçün teatrın rəhbərliyi tanınmış rus xoreoqrafı, Rusiyanın əməkdar incəsənət xadimi, Sankt-Peterburqun Mixaylovski adına Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Sergey Moxnaçovu Bakıya dəvət edib.

Baletin premyerası iyunun 14-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR