Sabah Lənkəran və Ucar rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Lənkəran və Ucar rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 29 mart 2012 15:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Təmir-tikinti işləri ilə əlaqədar martın 30-da saat 10:00-dan 17:00-dək «Lənkəran» və «Xarxatan», 10:00-dan 18:00-dək isə «Ucar» qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, işlər aparılan müddətdə Lənkəran şəhəri və Liman qəsəbəsi daxil olmaqla, rayonun Şağlasel, Şiləvar, Xarxatan, Digah, Vilvan, Separadi və Cil kəndlərinə, eləcə də Ucar rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR