Məhkəmə “Azəriqaz”ın Bakı Dəmir Yolu Xəstəxanasına qarşı apelyasiya şikayətini təmin etməyib

Məhkəmə “Azəriqaz”ın Bakı Dəmir Yolu Xəstəxanasına qarşı apelyasiya şikayətini təmin etməyib
# 24 fevral 2012 11:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin (İB) Bakı Dəmir Yolu Xəstəxanasına qarşı verdiyi apelyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, "Azəriqaz" İB borcun ödənilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Daha sonra "Azəriqaz" İB apelyasiya şikayəti verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR