Bakıda MDB dəmir yolları administrasiyalarının Tarif Konfransı keçirilib - FOTO

Bakıda MDB dəmir yolları administrasiyalarının Tarif Konfransı keçirilib - <font color=red>FOTO</font>
# 01 noyabr 2012 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakıda MDB ölkələrinin dəmir yolları administrasiyalarının – Tarif Sazişi iştirakçısı olan dəmir yolu administrasiyalarının XXI Tarif Konfransı keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən «Azərbaycan Dəmir Yolları»nın sədrinin müavini İqbal Hüseynov Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib.

O bildirib ki, dəmir yolu nəqliyyat sisteminin inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etməsini nəzərdə tutan «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq vaqon və lokomotv parkının yenilənməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı-Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.

“Ukrayna Dəmir Yolları”nın nümayəndəsi Natalya Nosovanın sədrliyi ilə gündəlikdə olan Tarif siyasəti haqqında İşlər İdarəsinin hesabatı, Tarif Razılaşmasına düzəlişlər edilməsi haqqında, 2013-cü fraxt ili üçün Tarif siyasətinin əlaqələndirilməsi, 2013-cü fraxt ili üçün Tarif siyasətinin İşlər İdarəsi tərəfindən təsdiq edilməsi, XXII Tarif Konfransının keçirilməsi haqqında və digər məsələlər müzakirə olunub. Konfransın sonunda müvafiq sənədlər imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR