Sumqayıtda zavod ərazisində yanğın hadisəsi baş verib

Sumqayıtda zavod ərazisində yanğın hadisəsi baş verib
# 26 may 2012 16:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində yerləşən Səthi Aktiv Maddələr zavodunun ərazisində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, zavodun ərazisində söküntü işləri aparan KATO-1023 markalı sepli divar dağıdan ekskvatorun yanar hissələri və ətrafa dağılmış yanacaq 100 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı sürücü əllərindən yüngül yanıq xəsarətləri alıb, yerində ona yanğınsöndürənlər tərəfindən ilkin yardım göstərilib. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR