Seçki prosesində tələb olunan sənədlərin sayı azaldıla bilər

Seçki prosesində tələb olunan sənədlərin sayı azaldıla bilər
# 11 aprel 2012 08:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda seçki prosesində tələb olunan sənədlərin sayı azaldıla bilər. Bu barədə APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən məlumat verilib. Bununla bağlı təkliflərdə seçkidə iştirakı qeydə alınmış siyasi partiyaların dairələrdən namizədliyini irəli sürmüş nümayəndələrinin təqdim edəcəyi sənədlərin sayının azaldılması əksini tapıb. Belə ki, hazırda siyasi partiyalar dairələrdə namizədlərinin qeydiyyata alınması üçün partiyanın nizamnaməsi, proqramı və s. bu kimi sənədləri təqdim etmək məcburiyyətindədir. Eyni zamanda partiyalar MSK-da qeydiyyata alınarkən həmin sənədləri təqdim edir.

Təkliflərlə bağlı parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyasının mövqeyi müsbətdir. Təkliflər təhlil olunduqdan sonra Seçki Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR