Azərbaycan Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub - FOTO

Azərbaycan Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub - <font color=red>FOTO</font>
# 05 aprel 2012 14:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Polşada keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresdə Azərbaycan rəsmi şəkildə Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub. Qurumun yeni yaranmış Azərbaycan şöbəsinə rəhbərlik etmək üçün professor Məryəm Əlizadənin üzvlüyü təsdiqlənib. Konqres çərçivəsində Azərbaycan teatrşünaslarından ibarət nümayəndə heyəti Polşanın teatr məkanı ilə daha yaxından tanış olub, bir sıra mühüm görüşlər keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR