NATO mənzil-qərargahının təmsilçisi: “Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələrin mövcudluğu bölgədə və onun hüdudlarından kənarda qeyri-stabil vəziyyət yaradır”

NATO mənzil-qərargahının təmsilçisi: “Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələrin mövcudluğu bölgədə və onun hüdudlarından kənarda qeyri-stabil vəziyyət yaradır”
# 13 aprel 2012 08:12 (UTC +04:00)
Alyans Azərbaycanla əlaqələrə çox mühüm əhəmiyyət verir, bu münasibətlər 20 ildir düzgün istiqamətdə inkişaf edir”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən konfransda çıxışı zamanı NATO mənzil-qərargahının nümayəndəsi Stefan Elqerzma söyləyib.

O qeyd edib ki, Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələrin mövcudluğu bölgədə və onun hüdudlarından kənarda qeyri-stabil vəziyyət yaradır: “Bundan başqa region İranla qonşu olması nöqteyi-nəzərindən mühümdür. NATO Avropa təhlükəsizlik arxitekturasının mühüm hissəsidir. Biz ATƏT məkanında sülh və stabilliyin qorunması prinsipinə əməl olunmasında maraqlıyıq”.

Azərbaycanla əməkdaşlıq məsələsinə toxunan Stefan Elqerzma bildirib ki, NATO təhlükəsizlik məsələlərində şəffaflığın təmin olunmasına yönəlmiş islahatları dəstəkləyir: “Bu istiqamətdə əməkdaşlıq İPAP çərçivəsində həyata keçirilir. İPAP-ın yeni mərhələsi Azərbaycanla növbəti iki ildə münasibətlərimizin əsaslarını müəyyənləşdirir. Buraya praktiki əməkdaşlıq daxildir, hansı ki biz Azərbaycanla bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.

O qeyd edib ki, alyans ölkəmizlə müdafiə sahəsində islahatlar, minaların təmizlənməsi sahəsində əməkdaşlıq edir. O, Azərbaycanın Əfqanıstana hərbi yüklərin daşınması prosesinə verdiyi töhfəni xüsusi qeyd edib. Bununla əlaqədar Azərbaycan gələn həftə Brüsseldə keçiriləcək İSAF nazirlərinin toplantısında iştiraka dəvət olunub.

Stefan Elqerzma NATO-nun Çikaqo sammitinə Azərbaycanın da dəvət olunacağını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR