Tofiq Yaqublu: “Müsavat Partiyasının qurultayının Gürcüstanda keçirilməsi üçün siyasi maneə aradan qalxıb”

Tofiq Yaqublu: “Müsavat Partiyasının qurultayının Gürcüstanda keçirilməsi üçün siyasi maneə aradan qalxıb”
# 20 oktyabr 2012 09:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müsavat Partiyasının qurultayının Gürcüstanda keçirilməsi üçün siyasi maneə aradan qalxıb”.

Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu verib. O bildirib ki, Müsavat Partiyası qurultayın Gürcüstanda keçirilməsi ilə bağlı mövqeyini açıqladıqdan sonra hökumətdən qurultayın ölkədə keçirilməsinə şərait yaradılacağına dair bir neçə açıqlama gəlib. Bundan sonra partiya hökumətdən rəsmi cavab veriləcəyi ümidi ilə gözləmə mövqeyi tutub. Bu müddət ərzində isə rəsmi cavab verilməyib.

T. Yaqublu qeyd edib ki, belə olan təqdirdə qurultayın Gürcüstanda keçirilməsinin üzərində dayanılıb: “Sadəcə olaraq, Gürcüstan seçki ərəfəsində olduğundan və bizimlə müttəfiq partiyalar da bu seçkidə iştirak etdiyindən qurultayın Tiflisdə keçirilməsi məsələsi həmin vaxtlarda reallaşa bilmirdi. Artıq onlar seçkidə qalib gəliblər. Seçki ab-havası bitdikdən, hökumət tam olaraq öz işinə başladıqdan sonra Gürcüstandakı müttəfiqlərlə bu məsələnin detallarını müzakirə edəcəyik. Əslində məsələnin siyasi maneəsi aradan qalxıb və yalnız texniki məsələlər var ki, onlar həll edilməlidir. Bu da bir qədər zaman ala bilər”.

T. Yaqublu bildirib ki, bu müddət ərzində hökumət Müsavat Partiyasına qurultay keçirmək üçün normal yer təklif edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR