Tiflisdən Gəncəyə gələn yük qatarı Şəmkir rayonu ərazisində relsdən çıxıb

Tiflisdən Gəncəyə gələn yük qatarı Şəmkir rayonu ərazisində relsdən çıxıb
# 27 mart 2012 16:09 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Tiflisdən Gəncəyə gələn yük qatarı Şəmkir rayonu ərazisində relsdən çıxıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Qərb bölgəsi üzrə koordinatoru Füzuli Kərimovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, qəza Zəyəm stansiyası ərazisində qeydə alınıb. Boksit maddəsi yüklənmiş qatarın altı vaqonunun relsdən çıxdığı bildirilir. Qəza nəticəsində ətrafa təhlükəli maddə yayılmayıb, hazırda qəzanın nəticələri aradan qaldırılır. Relsdən çıxan qatar boksit maddəsini Gəncə Alüminium Zavodu üçün aparırmış. Baş verən qəza digər qatarların hərəkəti üçün məhdudiyyət yaratmayıb, qatarlar hazırda hər iki istiqamətdə alternativ xətlərdən istifadə edirlər. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR