Azərbaycan prezidenti Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun açılışında iştirak edib

Azərbaycan prezidenti Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun açılışında iştirak edib
# 31 iyul 2012 10:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, DSX rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə tanış olub. Azərbaycan Prezidentinə DSX-nin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.
Dövlət başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR