Bakıda ticarət mərkəzindən qızıl oğurlamaqda təqsirləndirilən qadın tutulub

Bakıda ticarət mərkəzindən qızıl oğurlamaqda təqsirləndirilən qadın tutulub
# 21 iyun 2012 08:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıdakı “Laçın” ticarət mərkəzindən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 20-də Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində Xətai Orucova məxsus piştaxtadan bir cüt sırğa oğurladığı üçün Viktoriya Kotliyar Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Müəyyən edilib ki, o, iyunun 18-də həmin ticarət mərkəzində Azad Aşırova məxsus piştaxtadan da eyni üsulla bir cüt sırğa oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR