Mahmud Əhmədinejad: “İranla altılıq ölkələri arasında Moskvada keçiriləcək görüşdən möcüzə gözləmirəm”

Mahmud Əhmədinejad: “İranla altılıq ölkələri arasında Moskvada keçiriləcək görüşdən möcüzə gözləmirəm”
# 31 may 2012 20:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranla altılıq ölkələri arasında Moskva şəhərində keçiriləcək görüşdən möcüzə gözləmirəm”. APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, uranın 20% həcmində zənginləşdirilməsi atom bombası istehsal etməyə doğru atılan addım deyil”.
Qeyd edək ki, bu il iyunun 18-19-da Rusiya paytaxtında İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çin) və Almaniyadan ibarət “altılıq” ölkələri arasında növbəti müzakirələr keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR