Azərbaycanda 20 yaşlı qız özünü 5-ci mərtəbədən atıb

Azərbaycanda 20 yaşlı qız özünü 5-ci mərtəbədən atıb
# 07 iyul 2012 07:17 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Nizami rayonu, 8-ci kilometr, Ordubadi küçəsi, ev 14, mənzil 23 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Çinarə İmranova özünü eyvanda ataraq intihar etmək istəyib. O, ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, intihara cəhd edən qızın bədənində sınıqlar var.

Ümumilikdə onun vəziyyəti orta-ağır qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR