İstanbulda Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi keçiriləcək

İstanbulda Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi keçiriləcək
# 14 fevral 2012 06:35 (UTC +04:00)
APA-nın məlumatına görə, minlərlə insana soyqırımı haqqında broşürlər və kitablar paylanacaq, həmçinin 3 gün boyunca Xocalı filmi nümayiş olunacaq.

Sərginin açılışı Türkiyə və Azərbaycan tərəfindən xüsusi dəvət edilmiş qonaqların iştirakı ilə 17 fevral saat 10:00-da baş tutacaq. Aksiyanın əsas təşəbbüskarları Türkiyədə təhsil alan azərbaycanlı gənclərdir.

Aksiya haqqında yenilənən məlumatları Facebook-da Hepimiz Hocalili və ya twitter-də @hepimizhocalili adını izləyərək əldə etmək mümkündür. Xocalı soyqırımı haqqında daha geniş məlumat üçün” Xocalıya Ədalət” ilə ASAIF rəsmi veb səhifəsi www.justiceforkhojaly.com vəya www.hepimizhocalili.com-a daxil olmaq olar.

Qeyd edək ki, bu il dəhşətli Xocalı soyqırımı faciəsindən 20 il ötür. Bu zaman ərzində hər bir azərbaycanlı bu dəhşətli hadisəni yaddaşında “qanlı yaddaş” kimi həkk edib, qorumaqdadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR