PKK terrorçuları Türkiyədə orta məktəb binasını yandırıb

PKK terrorçuları Türkiyədə orta məktəb binasını yandırıb
# 22 oktyabr 2012 12:38 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Türkiyənin Van vilayətində PKK terrorçuları tərəfindən daha bir orta məktəb yandırılıb.

APA-nın məlumatına görə, Vanın Hacıbekir şəhərinin Hisar kəndində olan 600 şagirdin təhsil aldığı Van Gölü İlköğertim Məktəbi PKK terrorçuları tərəfindən dünən gecə saatlarında benzin tökülərək yandırılıb.

Yanğın nəticəsində məktəbə təxminən 40 min TL-lik (20 min manatlıq) ziyan dəyib. Yanğına görə məktəbdə tətil elan edilib.

Türkiyə polisi hadisəni törədənləri tapmaq üçün araşdırmalara başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR