Azərbaycan və Avropa Birliyi Şurasının prezidentləri arasında görüş olub

Azərbaycan və Avropa Birliyi Şurasının prezidentləri arasında görüş olub
# 05 iyul 2012 09:06 (UTC +04:00)
APA-nın məlumatına görə, Herman van Rompeyi Azərbaycan prezident İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Herman van Rompeyə, AB nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və AB Şurası prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İ. Əliyev Herman van Rompeyin Azərbaycana səfərinin ölkəmizin AB ilə tərəfdaşlığının və dostluğunun əhəmiyyətli göstəricisi olduğunu vurğulayıb.

Dövlət başçısı bu səfərin çox əhəmiyyətli və məhsuldar olacağını, onda xoş təəssürat yaradacağına əminliyini ifadə edib.

Öz növbəsində, Herman van Rompey deyib ki, bu səfər Azərbaycanla AB arasında enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR