“Eurovision 2012” mahnı müsabiqəsində 1-ci yarımfinalın iştirakçıları məşqlərini davam ediblər

“Eurovision 2012” mahnı müsabiqəsində 1-ci yarımfinalın iştirakçıları məşqlərini davam ediblər
# 17 may 2012 18:38 (UTC +04:00)
Bu gün “Bakı Kristal Hall”səhnəsində 1-ci yarımfinalda iştirak edəcək ölkələrin təmsilçiləri yenidən səhnəyə çaxaraq 2 –ci məşqlərini davam etdiriblər. Məşqlərdə 1-ci yarımfinalda iştirak edəcək ölkələrdən 13 –ü iştirak edib.
APA-nın məlumatına görə bu gün məşqə Rambo Amadeus (Monteneqro),Qreta Salome & Yonsi (İslandiya ), Eleftheria (Yunanıstan),Anmari (Latviya),Rona Nişliu (Albaniya), "Mandinga(Ruminya), "Sinplus" (İsveçrə), Laura van den Bruel (Belçika), Pernilla Karlsson, (Finlandiya),İzabo (İsrail),Valentina Monetta (San Marino),İvi Adamou (Kipr), Soluna Samay (Danimarka) qatılıb.
Qeyd edək ki, yarışmanın qaydalarına görə, müsabiqənin 2-ci məşqləri 10 dəqiqə azaldılaraq 30 dəqiqəyə endirilib.
Qeyd edək ki, bu gün məşqdə təmsilçilərin bir çoxu “Bakı Kristal Hall”un səhnəsinə öz səhnə paltarlarında çıxış ediblər. Məşqlərdən sonra isə bütün ölkə təmsilçiləri Mətbuat Mərkəzinə jurnalistlərin suallarına cavab verib. Təmsilçilərin hər biri bu günkü, məşqlərinin xüsusi ilə fərqli keçdiyini vurğulayıblar. Onlar “Kristall Hall” səhnəsində işıq effektlərinə və çəkiliş prosesinə daha da uyğunlaşdıqlarını dilə gətiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR