Prezident İlham Əliyev Suraxanı rayonunda parkın açılışında iştirak edib

Prezident İlham Əliyev  Suraxanı rayonunda parkın açılışında iştirak edib
# 11 may 2012 17:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, dövlət başçısı ərazinin əvvəlki və hazırkı görkəmini əks etdirən fotolara baxıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidentinə məlumat verib ki, parkın salınmasına 2011-ci ilin sonunda başlanılıb. Bu, Suraxanı rayonu ərazisində sayca beşinci parkdır. Bülbülə qəsəbəsinin sakinləri bu parkda mənalı istirahət edə biləcəklər. Parkın ümumi sahəsi 17 min 538 kvadratmetrdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR