Azərbaycan regionlarında genişzolaqlı internet istifadəçilərinin sayı 68% artıb

Azərbaycan regionlarında genişzolaqlı internet istifadəçilərinin sayı 68% artıb
# 27 iyul 2012 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Son altı ay ərzində Azərbaycan regionlarında genişzolaqlı internet istifadəçilərin sayı artıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, rayon telekommunikasiya qovşaqlarında genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı ümumilikdə 86,805 minə çatıb. Bu da cari ilin əvvəli ilə müqayisədə 35,073 min və ya 67,7% çoxdur.

Artım «Aztelekom.net» şəbəkəsində 21,163 min istifadəçi və ya 2,1 dəfə təşkil edib. Ay ərzində göstərilən genişzolaqlı internet xidmətlərinin həcmi 684,3 min manat təşkil edib ki, ilin əvvəlinə nisbətən bu göstərici 278,3 min manat və ya 68,5% çoxdur.

Son 6 ayda birlik üzrə genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 16,6% olub, halbuki ötən ilin müvafiq dövründə bu göstərici cəmi 5,6% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR