“Akkord” soyqırımı dəhşətlərinə diqqət çəkmək üçün xüsusi tədbir keçirib – FOTO

“Akkord” soyqırımı dəhşətlərinə diqqət çəkmək üçün xüsusi tədbir keçirib – <font color=red>FOTO </font>
# 31 mart 2012 16:49 (UTC +04:00)
Bakı-APA. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 1918-ci ilin mart ayında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin anım gününü qeyd edib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin Direktoru Afaq Quliyevanın APA-ya verdiyi məlumata görə, bu gün Korporasiya Pirşağı qəsəbəsində yerləşən 2 saylı Xocalı məktəbinin müəllim və şagirdlərindən ibarət kollektivinin Quba rayonundakı soyqırımı qurbanlarının xatirə kompleksinə ziyarətini təşkil edib. Korporasiyanın ayırdığı avtobusla Qubaya yollanan qrupa “Akkord”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyeva rəhbərlik edib. Ziyarət mərasimi zamanı Korporasiya nümayəndələri və Xocalı məktəbinin kollektivi Xatirə Kompleksinə birgə əklil və tər gül-çiçək dəstələri qoyublar və bu soyqırımı faktı ilə bağlı məruzələr dinləyiblər.

Qeyd olunub ki, ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalmış həmvətənlərimiz digər məcburi köçkün və qaçqınlarla bərabər hər zaman “Akkord” Korporasiyasının xüsusi diqqət və qayğısı ilə əhatə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR