Prezidentliyə namizədi Gennadiy Zyuqanov seçkilərin nəticələrini tanımayacağını bildirib
04 mart 2012 19:49 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidentliyinə namizəd, Kommunist Partiyasının lideri Gennadiy Zyuqanov prezident seçkilərinin nəticələrini tanımayacağını söyləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə kommunistlərin lideri seçki bitəndən sonra özünün seçki qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
G. Zyuqanov seçkilərin saxtalaşdırıldığını söyləyib. Onun sözlərinə görə, Kommunist Partiyası seçkilərin nəticələrini tanımayacaq: “Biz hesab edirik ki, seçkilər qeyri-legitim və qeyri-şəffaf keçirilib”.
G. Zyuqanov seçkiləri saxtalaşdırdığına görə hakimiyyətə təzyiqləri davam etdirəcəklərini söyləyib.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatında bületinlərin 25%-nin hesablandığı bildirilib. Açılan bületinlərin nəticələrinə görə, Vladmir Putin 63,08%, Gennadi Zyuqanov 17,36%, Vladimir Jirinovski 7,39%, Mixail Proxorov 7,38%, Sergey Mironov 3,66% səs toplayıblar.

MDB
Kadırovun böyük oğlu Çeçenistanın idman naziri təyin edilib
00:33
22 may 2024
Moskvada miqrantlar arasında dava baş verib, ölən və yaralananlar var - VİDEO
21:49
21 may 2024
Zelenski səlahiyyət müddətinin bitmədiyini açıqlayıb
19:30
21 may 2024
Ukrayna və Ermənistanın parlament sədrləri Cənubi Qafqazı müzakirə ediblər
19:04
21 may 2024