“Xəzər Lənkəran”ın 6 xalının qaytarılması rəsmiləşdi
26 aprel 2012 12:57 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Xəzər Lənkəran” klubunun hesabından 6 xalın silinməsi ilə bağlı qərar ləğv olunub.
Məsələ ondadır ki, FİFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsi ilə bağlı çıxardığı qərarından sonra bu il aprelin 18-dən etibarən AFFA ilə ali futbol qurumu arasında aparılmış yazışma olub. Buna uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və “Xəzər Lənkəran”ın hesabından silinmiş xalların geri qaytarılması ilə bağlı qərar qəbul edib. Bunu nəzərə alan İntizam Komitəsi aprelin 13-dəki qərarın qüvvədən düşmüş hesab edilməsini və “Xəzər Lənkəran”ın hesabından silinmiş 6 xalın bərpa olunmasını rəsmiləşdirib.

Futbol
"Bayer" Almaniya çempionatını rekorda imza ataraq başa vurub
20:53
18 may 2024
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024