Azərbaycan prezidenti İtaliya prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İtaliya prezidentinə təbrik məktubu göndərib
# 01 iyun 2012 16:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanonu bu ölkənin milli bayramı – Respublika Günü münasibətilə təbrik edib. APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir: “Hörmətli cənab Prezident, İtaliya Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-İtaliya münasibətləri, siyasi, iqtisadi və mədəni əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli qaydada əməkdaşlığımız Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində öz formatını daha da genişləndirir. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına əmin-amanlıq və rifah diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR