Ali Məhkəmə ADP üzvünün işə bərpaya dair iddiasını təmin etməyib

Ali Məhkəmə ADP üzvünün işə bərpaya dair iddiasını təmin etməyib
# 09 oktyabr 2012 12:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün Ali Məhkəmədə Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin Bakı Şəhəri Mədəniyyət Turizm idarəsinə qarşı olan işə bərpa iddiası əsasında məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Ali Məhkəmənin hakimi M. Əhmədovanın rəhbərliyi ilə keçirilən prosesdə Cəmil Hacıyevin vəkili Sadiq Bağırov iddianı müdafiə etdiyini və hakimlərdən iddianı təmin etməyi xahiş edib.

Prosesdə Bakı Şəhəri Mədəniyyət Turizm idarəsinin vəkili çıxış edərək iddianın rədd edilməsini və Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlanmasını xahiş edib. Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə iddianı təmin etməyib.

Xatırladırıq ki, Cəmil Hacıyev mütəmadi olaraq aksiyalarda iştirak edib və dəfələrlə müxtəlif müddətə həbs edilib. Dövlət sektorunda işləyib hakimiyyəti tənqid etdiyinə görə işlədiyi Bakı Şəhər Mədəniyyət Turizm İdarəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR