Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib

Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib
# 30 iyul 2012 08:53 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə saat 00:30 radələrində “Mingəçevir-Bazar” ASC-nin yaxınlığında yerləşən ticarət mərkəzində qeydə alınıb. Yanğının söndürülməsinə Mingəçevir, Bərdə, Ağdam, Yevlax, Göyçay, Ağdaş və digər rayonlardan yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı 5 sahibkara məxsus ərzaq və tikinti mallarının topdansatış mağazası, məişət avadanlığı, kompüter dəstləri, 15 min manat pul yanıb. Bundan başqa yanğın nəticəsində bazarla üzbəüz 3 mərtəbəli fərdi yaşayış evi də yanıb. İlkin hesablamalara görə, 100 nəfərin işlədiyi həmin mağazaların yanması nəticəsində sahibkarlara 1 milyon manata yaxın maddi ziyan dəyib. Yanğın səhər saat 07:00 radələrində söndürülüb və alovun genişlənərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR