Britaniya Avropa Birliyinin iyunun 1-dən İrandan neft idxalına tətbiq edəcəyi sanksiyanın 2013-cü ilədək təxirə salınmasına çalışır

Britaniya Avropa Birliyinin iyunun 1-dən İrandan neft idxalına tətbiq edəcəyi sanksiyanın 2013-cü ilədək təxirə salınmasına çalışır
# 10 may 2012 01:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya Avropa Birliyinin İrana qarşı 2012-ci il iyunun 1-dən tətbiq edəcəyi neft sanksiyasının 2013-cü ilə qədər təxirə salınmasına çalışır. APA-nın “Reuters” agentliyinə istinadən məlumatına görə, rəsmi London İrana sanksiya tətbiq olunacağı təqdirdə, dünyada neftin qiymətinin yüksəlməsindən narahatdır.
Qeyd edək ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin bu il yanvarın 23-də İrandan neft idxalına sanksiya tətbiq olunması barədə çıxardıqları qərar təxminən 50 gündən sonra icra edilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR