Bakıda özbək rəssamın sərgisi açılıb

Bakıda özbək rəssamın sərgisi açılıb
# 04 aprel 2012 16:00 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan Dövlət İncəsənət Muzeyində Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nurun rəngkarlıq janrında çəkilən əsərlərinin sərgisi açılıb. APA-nın məlumatına görə, rəssam sərgiyə “Mən məhəbbət dininə etiqad edirəm” adını verib. Sərgidə rəssamın son beş ildə yaratdığı 40-dan çox əsəri nümayiş etdirilir.

Sərginin açılışına diplomatlar və incəsənət xadimləri qatılıb. Sərgi aprelin 10-na qədər davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR