İranda tanınmış azərbaycanlı fəal iş yerində bədbəxt hadisə nəticəsində ölüb

İranda tanınmış azərbaycanlı fəal iş yerində bədbəxt hadisə nəticəsində ölüb
# 04 noyabr 2012 03:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Noyabrın 2-də İranda tanınmış azərbaycanlı fəal iş yerində bədbəxt hadisə nəticəsində ölüb. APA-nın məlumatına görə, noyabrın 3-də Meşkinşəhr (Xiyov) şəhərindəki Qasımiyyə məscidində Fərhad Sərvnaz Pərixaninin yas mərasimi keçirilib. Mərasimə ərdəbilli tanınmış hərəkatçı Abbas Lisani də daxil olmaqla Güney Azərbaycanın müxtəlif bölgələrindən soydaşlarımız qatılıb. Hətta azərbaycanlı fəallar yas mərasimi ilə bağlı Azərbaycan dilində bildirişlər də yayıblar. Mərasimdə A. Lisani və digər tanınmış milli fəallar çıxış edərək, Fərhad Sərvnaz Pərixaninin həyat yolu və İran hakimiyyətinə qarşı apardığı milli mübarizədən söhbət açıblar. İran polisi izdihama və hakimiyyət əleyhinə sərt tənqidlər səsləndirilməsinə baxmayaraq, yas mərasiminə heç bir müdaxilə etməyib.
Qeyd edək ki, Fərhad Sərvnaz Pərixani 2006-cı il 22 may hadisələri zamanı Meşkinşəhrdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub və bir müddət işgəncələr altında saxlanıldıqdan sonra Meşkinşəhr həbsxanasına köçürülüb. Azərbaycanlı fəal ötən il 21 fevral Ümumdünya Ana Dili Günü ilə bağlı keçirilmiş tədbirlər zamanı ETTELAAT əməkdaşları tərəfindən tutulmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR