Gəncədə 20 yaşlı oğlan özünü asıb

Gəncədə 20 yaşlı oğlan özünü asıb
# 03 aprel 2012 09:44 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün günorta saatlarında şəhərin 3-cü mikrorayon yaşayış massivində qeydə alınıb. 3-cü mikrorayonda 9 saylı binada yaşayan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Yusibov Kamran Vəli oğlu yaşadığı binanın zirzəmisində özünü asıb. İntiharın səbəbi məlum deyil. Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR