Nazir Əli Abbasov: “Azərbaycan və ABŞ arasında imzalanmış İKT sektorunda əməkdaşlığa dair memorandum siyasi sənəddir”
![Nazir Əli Abbasov: “Azərbaycan və ABŞ arasında imzalanmış İKT sektorunda əməkdaşlığa dair memorandum siyasi sənəddir”](https://apa.az/storage/news/2012/november/07/big/blank.jpg)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və ABŞ arasında imzalanmış İKT sektorunda əməkdaşlığa dair memorandum ABŞ və Azərbaycan şirkətlərini əməkdaşlıq etməyə stimullaşdıracaq siyasi sənəddir. “APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, memorandumla hər iki ölkə İKT sahəsində əməkdaşlığa siyasi dəstəyini verəcək: “Azərbaycanın İKT bazarında ABŞ şirkətləri fəaliyyət göstərir. Bu memorandum iki ölkənin bu sahədə fəal göstərən əməkdaşlığı bir qədər də inkişaf etdirməyə təkan verəcək”.
Azərbaycanın İKT məhsullarının ABŞ-a ixrac olunması perspektivinə gəlincə, Ə.Abbasov qeyd edib ki, əsas məqsəd İKT sahəsində məhsul istehsalını genişləndirmək, ixrac potensialını artırmaqdır: “Azərbaycan İran, Gürcüstan kimi ölkələrə internet xidmətləri göstərir. Məqsədimiz bu sahədə digər məhsul və xidmətləri genişləndirib onları ixrac etməkdir”.
ABŞ Dövlət Departamentinin informasiya-kommunikasiya məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer isə deyib ki, hazırda ABŞ digər ölkələrdə istehsal olunan məhsullarda maraqlıdır: “Belə ki, ABŞ-ın rəqabət qabiliyyətli bazarı var”.

İnfrastruktur
![Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir](https://apa.az/storage/news/2024/june/15/big/666d95ac2b463666d95ac2b4641718457772666d95ac2b45f666d95ac2b461.jpg)
Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir
![Bakının mərkəzində daha bir küçədə avtobus zolağı salınıb](https://apa.az/storage/news/2024/june/14/big/666c63f852cfa666c63f852cfb1718379512666c63f852cf8666c63f852cf9.jpg)
Bakının mərkəzində daha bir küçədə avtobus zolağı salınıb
![Bayram günlərində Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq](https://apa.az/storage/news/2024/june/14/big/666c41d61ccc2666c41d61ccc31718370774666c41d61ccc0666c41d61ccc1.jpg)