Nazir Əli Abbasov: “Azərbaycan və ABŞ arasında imzalanmış İKT sektorunda əməkdaşlığa dair memorandum siyasi sənəddir”

Nazir Əli Abbasov: “Azərbaycan və ABŞ arasında imzalanmış İKT sektorunda əməkdaşlığa dair  memorandum siyasi sənəddir”
# 07 noyabr 2012 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və ABŞ arasında imzalanmış İKT sektorunda əməkdaşlığa dair memorandum ABŞ və Azərbaycan şirkətlərini əməkdaşlıq etməyə stimullaşdıracaq siyasi sənəddir. “APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, memorandumla hər iki ölkə İKT sahəsində əməkdaşlığa siyasi dəstəyini verəcək: “Azərbaycanın İKT bazarında ABŞ şirkətləri fəaliyyət göstərir. Bu memorandum iki ölkənin bu sahədə fəal göstərən əməkdaşlığı bir qədər də inkişaf etdirməyə təkan verəcək”.

Azərbaycanın İKT məhsullarının ABŞ-a ixrac olunması perspektivinə gəlincə, Ə.Abbasov qeyd edib ki, əsas məqsəd İKT sahəsində məhsul istehsalını genişləndirmək, ixrac potensialını artırmaqdır: “Azərbaycan İran, Gürcüstan kimi ölkələrə internet xidmətləri göstərir. Məqsədimiz bu sahədə digər məhsul və xidmətləri genişləndirib onları ixrac etməkdir”.

ABŞ Dövlət Departamentinin informasiya-kommunikasiya məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer isə deyib ki, hazırda ABŞ digər ölkələrdə istehsal olunan məhsullarda maraqlıdır: “Belə ki, ABŞ-ın rəqabət qabiliyyətli bazarı var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR