Ombudsmanın nümayəndələri həbsdə olan “Tolişi Sedo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovla görüşüblər

Ombudsmanın nümayəndələri həbsdə olan “Tolişi Sedo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovla görüşüblər
# 14 avqust 2012 11:28 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 17 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə təcridxanasında saxlanılan 18 nəfər məhkumla təklikdə söhbət aparılıb, məhkumların cərimə təcridxanasında saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olunub. Məhkumlar rəftar və saxlanma şəraitindən şikayət etməyiblər.

MPM Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında da saxlanılan bir neçə təqsirləndirilən şəxslə görüşüblər. Onlar saxlanma şəraitindən şikayət etməyiblər. Eyni zamanda “Tolişi Sedo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini Mehdi Şamilov barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər.

3 saylı istintaq təcridxanasına baxış zamanı burada son bir ayda xeyli iş görüldüyü müşahidə edilib.

MPM qrupunun üzvləri şəraitin daha da təkmilləşdirilməsi istiqamətində müəssisə rəhbərlərinə tövsiyələr veriblər. Başçəkmənin nəticələri ilə bağlı ədliyyə nazirinə müraciət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR