“Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfrans keçiriləcək

“Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfrans keçiriləcək
# 14 aprel 2012 15:04 (UTC +04:00)
Bakı – APA. Aprelin 15-də Xocavənd rayon İcra Hakimiyyəti və “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfrans keçiriləcək. APA-nın xəbərinə görə, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən, Azərbaycan parlamentinin üzvləri, QHT və KİV təmsilçiləri, təşkilatçı qurumların rəhbərləri, müharibə veteranları, yerli ictimai fəal gənclər iştirak edəcəklər.

Konfransda uydurma “erməni soyqırımı”, erməni yalanları haqqında, eləcə də Azərbaycan həqiqətlərini əks etdirən məruzələr dinləniləcək, erməni işğalından, erməni zülmündən bilavasitə əziyyət çəkən canlı şahidlər danışacaqlar.

Konfransın gedişində “Azərbaycan Bayrağı” ordenli keçmiş döyüşçü İbad Hüseynovun həyatından, döyüş yolundan bəhs edən “Xüsusi təyinatlı” kitabının təqdimatı da keçiriləcək və Türkiyədən gələn nümayəndələr İbad Hüseynov barədə öz fikir və düşüncələrini bölüşəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR