Mövsümün ən yaxşı voleybolçuları müəyyənləşib

Mövsümün ən yaxşı voleybolçuları müəyyənləşib
# 16 aprel 2012 09:06 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının ən yaxşılarının adı məlum olub. Apasport.az saytının hesablamalarına görə, 2011/2012 mövsümündə final mərhələsinin ən dəyərli oyunçusu adına çempion “Rabitə”nin kapitanı Natalya Məmmədova layiq görülüb.

Yekun statistikaya əsasən 8 nominasiyada 6 oyunçu yer alıb. Bunlar arasında Azərbaycanın dəyişməz çempionu “Rabitə” ilə yanaşı, gümüş mükafatçı “Lokomotiv” və Super Liqanın 3-cü “Bakı”nın da voleybolçuları var.

2011/2012 mövsümün ən yaxşıları

MVP (Ən dəyərli oyunçu)
Natalya MƏMMƏDOVA (“RABİTƏ”nin çempionluğunda ən çox pay sahibi və bu komandanın ən məhsuldar oyunçusu - MVP həmişə çempion komandadan olmalıdır)

Ən çox xal toplayan (Bombardir)
Nensi METKALF (LOKOMOTİV)

Ən yaxşı oyun qurucusu
İrina JUKOVA (“RABİTƏ”, hər mənada – torun üstündən və super kombinasiyalarda birinci. Adətən çempionun setteri ən yaxşı olur, çünki oyunu o qurur)

Ən yaxşı blokçu
Mira QOLUBOVİÇ (“RABİTƏ”, ən çox blok xalına sahibdir)

Ən yaxşı hücumçu (faizlə)
Mira QOLUBOVİÇ (“RABİTƏ”, ən yüksək hücum faizinə malik 1-ci oyunçudur)

Ən yaxşı top qəbul edən
Mariya FİLİPOVA (“LOKOMOTİV”, ən yaxşı top qəbulu faizinə malik birinci oyunçudur)

Ən yaxşı topu oyuna daxil edən
Polina RƏHİMOVA (“AZƏRREYL”, servisdən ən çox xal qazanan və rəqibdə topun qəbulunu ən çox pozan)

Ən yaxşı müdafiəçi
Yaneke Van TİNEN (“BAKI”, müdafiədə inanılmaz oyun göstərən oyunçudur)

Ən yaxşı libero
Mariya FİLİPOVA (“LOKOMOTİV”, komandasının qələbəsinin gizli qəhrəmanlarından biri - inanılmaz gözəl mövsüm)

Qeyd edək ki, mükafatlandırma mərasimində yalnız mövsümün bombardiri xüsusi diploma layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR