Rusiya müdafiə nazirinin müavini: “Biz istəmirik ki, Avropa öz təhlükəsizliyini Rusiya Federasiyasının təhlükəsizliyinin hesabına möhkəmləndirsin” - FOTO

Rusiya müdafiə nazirinin müavini: “Biz istəmirik ki, Avropa öz təhlükəsizliyini Rusiya Federasiyasının təhlükəsizliyinin hesabına möhkəmləndirsin” - <font color=red>FOTO</font>
# 03 may 2012 13:08 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib.

Onun sözlərinə görə, Rusiya mövcud olan vəziyyəti dəyişmək istəyir: “Xatırlayırsınızsa, bir müddət əvvəl Rusiya ümumiyyətlə Avropada raket hücümundan müdafiə sisteminin (RHM) qurulması ideyasının əleyhinə idi. İndi isə vəziyyət tamamilə dəyişib. Rusiya bu gün Avropaya deyir ki, əgər siz öz təhlükəsizliyinizi möhkəmləndirmək istəyirsinizsə, buna tam hüququnuz çatır. Lakin biz istəmirik ki, Avropa öz təhlükəsizliyini Rusiya Federasiyasının təhlükəsizliyinin hesabına möhkəmləndirsin. Bu gün “Yeni təhlükəsizlik məkanının yaradılmasında raket hücumundan müdafiə faktoru” adlı beynəlxalq konfransda səslənən təhlükəsizliyin bölünməməsi prinsipi həm də Rusiya ilə ABŞ arasında mövcud olan mühüm strateji silahlarının ixtisara salınması haqqında yeni müqavilədə də öz əksini tapıb. Biz istəyirik ki, bütün bunlar praktikada həyata keçirilsin, təkcə sözdə qalmasın. Ümid edirik ki, bu konfrans iki ölkənin vahid rəyə gəlməsinə köməklik edəcək. Mən əminəm ki, iki ölkə arasında RHM danışıqlarında müsbət nəticə əldə etmək olar. Ancaq buna siyasi iradə lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR