Buşəhr AES tam gücü ilə fəaliyyətə başlayıb

Buşəhr AES tam gücü ilə fəaliyyətə başlayıb
# 24 may 2012 09:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın cənubunda yerləşən Buşəhr Atom-Elektrik Stansiyası (AES) tam gücüylə fəaliyyətə başlayıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın “AtomStroyExport” şirkəti açıqlama yayıb. Şirkətdən stansiyanın hazırda maksimum səviyyədə elektrik enerjisi istehsal etdiyi və istehsalın 1000 megavata çıxdığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “AtomStroyExport” şirkəti mayın 23-dən Buşəhr AES-in gücünün 75%-dən 100%-ə çatdırılacağını açıqlayıb. Stansiyanın təkmilləşdirilməsi üçün 1995-ci ildə İranla Rusiya arasında təxminən 1 milyard dollar məbləğində müqavilə imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR