Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə seminar keçirilir - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə seminar keçirilir - <font color=red>FOTO</font>
# 17 aprel 2012 09:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında 2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı”na uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə “Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək seminarda Müdafiə Nazirliyinin müxtəlif idarə və xidmətlərindən, hərbi tədris müəssisələrindən və Silahlı Qüvvələrin qoşun növlərindən 20 nəfərədək heyət iştirak edir. Seminarda “Qoşunlara siyasi, təşkilati rəhbərlik və Federal Silahlı Qüvvələrin tapşırıqları”, “Almaniyada Silahlı Qüvvələrin hüquq və vəzifələri”, “Qayda-qanun və tabeçilik”, “İntizam qanunu” mövzularında müzakirələr aparılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR