Qafqaz Universitetində DSMF-nin yaradılmasının 20-ci ildönümü ilə bağlı konfrans keçirilib - FOTO
08 oktyabr 2012 13:10 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Univeristetində elmi-praktik konfrans keçirilib.
DSMF-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, konfransda DSMF sədri S.Müslümov “Azərbaycanın pensiya sistemi: islahat davam edir” mövzusunda təqdimatla çıxış edib.
Fondun sədri Azərbaycanda sığorta-pensiya sisteminin ayrı-ayrı dövrlərdəki inkişaf mərhələlərinə toxunub. O bildirib ki, 2006-cı ildən isə Azərbaycanda müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib: “Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4,1 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1 mln. 300 min nəfərdən 2 mln. 100 min nəfəri ötüb, sosial sığorta haqqının dərəcələri 29%-dən 25%-ə endirilib. Əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,3 dəfə artıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45% təşkil edib”.
S.Müslümov nəzərə çatdırıb ki, pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb, hazırda pensiya ödənişi aparılan pensiyaçıların kənd yerlərində 99,0%-nin, şəhərlərdə 100%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. O, Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» çərçivəsində sığorta-pensiya sistemində islahatların davam etdirildiyini vurğulayıb.

Sosial
Beynəlxalq səyyah: "İşğal dövründə dağıdılan evləri sakinlər heç vaxt unuda bilməzlər"
13:14
2 may 2024
Norveçli səyyah: Azad edilən ərazilərdə mina problemi insanlar üçün təhdiddir
13:00
2 may 2024
Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir
12:57
2 may 2024
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
12:33
2 may 2024