Asiya İnkişaf Bankı: Azərbaycanda iqtisadi artım tempi bu il 4,1%, 2013-cü ildə isə 3,5% olacaq

Asiya İnkişaf Bankı: Azərbaycanda iqtisadi artım tempi bu il 4,1%, 2013-cü ildə isə 3,5% olacaq
# 24 aprel 2012 10:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni dərc olunmuş iqtisadi icmalında («Outlook-2012») bildirilir.

İcmalda qeyd olunub ki, 2012-ci il ərzində Asiyada iqtisadi artım 6,9%, 2013-cü ildə isə 7,3% təşkil edəcək.

Eyni zamanda, Azərbaycanda ÜDM-in artım tempinin 4,1%, 2013-cü ildə isə 3,5%, Gürcüstanda müvafiq olaraq 6% və 6,3%, Ermənistanda – 3,8% və 4,2%, Qazaxıstanda – 6% və 6,5%, Qırğızıstanda – 5% və 5,5%, Tacikistanda – 5,5% və 6%, Türkmənistanda isə bu göstəricinin region üçün ən yüksək səviyyədə – 10% və 9% olacağı proqnozlaşdırılır.

Bununla yanaşı, iqtisadi icmalda qeyd olunub ki, 2011-ci ildə regionda iqtisadi artım 2012-ci ildəkindən bir qədər yüksək olub. Cari il ərzində iqtisadiyyatın bir qədər geriləməsi Avropada yaşanan maliyyə böhranı ilə bağlıdır. Belə ki, Asiya regionu bu böhran səbəbindən iqtisadi artım templərini müsbət saxlasa belə, böhran bu region üçün də təsirsiz ötüşməyib.

AİB iqtisadçıları hazırda da Avrozonada yaşanan resessiyanı Asiya iqtisadiyyatı üçün əsas risk mənbəyi kimi qiymətləndirir və sözügedən geriləmə uzunmüddətli olarsa mənfi təsir nəinki Asiya, bütün dünya iqtisadiyyatını əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR