Azərbaycanda Yaponiyanın qrantı hesabına alınan kənd təsərrüfatı texnikasının təqdimatı keçirilib - FOTO

Azərbaycanda Yaponiyanın qrantı hesabına alınan kənd təsərrüfatı texnikasının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 07 fevral 2012 13:24 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Bu gün Azərbaycanın Şirvan şəhərində Yaponiya hökumətinin 2KR Proqramı üzrə həyata keçirilən qrant layihəsi çərçivəsində kənd təsərrüfatı texnikasının təhvil verilməsi mərasimi keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfiri Şuşuke Vatanabe, «Agrolizinq» ASC, habelə bölgə fermer və sahibkarlarının iştirakı ilə Yaponiyanın Azərbaycanda Rəsmi İnkişafa Yardım (ODA) Proqramı üzrə ilk qrant layihəsi çərçivəsində kənd təsərrüfatı texnikalarının təhvil verilməsi ilə əlaqədar mərasim keçirilib.

Bununla bağlı təşkil olunmuş müşavirədə kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək bildirib ki, Azərbaycan və Yaponiya hökumətləri arasında imzalanmış sənədə əsasən, 1998-2011-ci illər ərzində 2KR layihəsi çərçivəsində Yaponiya hökumətindən alınan qrantlar hesabına ümumilikdə 863 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 297 taxılyığan kombayn, 212 traktor, 186 kotan, 148 toxumsəpən, 20 rotasion mala alınaraq Azərbaycana gətirilib. Texnikalar müvafiq qaydalara uyğun olaraq bölgələrdə fermerə lizinq qaydasında icarəyə verilib və yaxud satılıb. Nazir ümumilikdə Yaponiya hökumətinin ayırdığı qrantlar və Tərəfdaşlıq Fonduna toplanmış vəsait hesabına 1 616 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının alınaraq kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərin istifadəsinə verildiyini qeyd edib.

Daha sonra nazir və yaponiyalı səfir «Aqrolizinq» ASC-nin Şirvan bölməsinin ərazisində nümayiş olunan taxılyığan kombaynların təhvil verilməsi mərasimində iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR