Serbiya səfiri: “Azərbaycan əraziləri işğaldan azad edilməlidir” - FOTO
13 fevral 2012 09:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç Serbiya Respublikasının Dövlətçilik Gününə həsr olunmuş mətbuat konfransında deyib.
“Azərbaycanla münasibətlərimiz iki ölkənin ərazi bütövlüyünün tanınması, beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulub. Serbiya Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və gələcək də müdafiə edəcək. Serbiya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi məsələsində də müdafiə edir. Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi zəruridir”.
Səfir Serbiyanın 2015-ci ildə ATƏT-ə sədrlik etməsinin zəruriliyini vurğulayıb. Azərbaycan təmsilçilərinin gələn ay Belqradda keçiriləcək “Slaviya” beynəlxalq festivalında iştirakının planlaşdırıldığını deyən səfir universitetlərarası tələbə və müəllim mübadiləsinin aparılması barədə danışıqlar getdiyini deyib. “Serbiya və Azərbaycanda serb və Azərbaycan dillərində lüğətlər çap olunur, Qurban Səidin “Əli və Nino” və Paviçin “Xəzər lüğəti” əsərləri tərcümə olunur. Belqradda Heydər Əliyevin, Novı Sad şəhərində görkəmli bəstəkar Üzeyir Hacıbəyovun abidəsi ucaldılıb. Yaxın zamanlarda Bakıda serb alimi Nikole Teslenin abidəsi ucaldılacaq. Bundan başqa serb jurnalistləri “Eurovision-2012” müsabiqəsi haqqında süjetlər hazırlayırlar”.

Xarici siyasət
ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır
22:58
13 may 2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib - YENİLƏNİB
22:08
13 may 2024
Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
13:50
13 may 2024
Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
13:42
13 may 2024